20 Ağustos 2014 Çarşamba

Azərbaycan tarixi 5-ci sinif Mövzu:Ulu Öndərin yolu ilə

Məhəmməd peyğəmbər əleyhissəlam


MƏHƏMMƏD PEYĞƏMBƏR ƏLEYHİSSƏLAM (571-632) –PEYĞƏMBƏRLƏRİN
SONUNCUSU,İSLAM DİNİNİN QURUCUSU, ƏRƏB DÖVLƏTİNİN BANİSİ.
Ərəb dilində Muhamməd kimi tələffüz olunan bu sözün mənası «çox təriflənmiş»,
«çox öyülmüş»,»şox təriflənən», «çox öyülən»  deməkdir.Özündən əvvəl  bu  ad heç
kimə verilməmişdir. Həzrəti İbraimin oğlu Həzrəti İsmayılın nəslindəndir. Eramızın
V əsrinin əvvəllərindən etibarən Məkkənin idarəsini ələ keçirmiş  Qureyş qəbiləsinin
Bəni-Haşim soyuna mənsubdur.
      Məhəmməd (s.ə.s.) bir  tarixi mənbəyə görə, eramızın 570-ci ilinin rəbül-əvvəl
ayının17-də,bazar ertəsi günü, başqa bir  mənbəyə  görə isə, həmin ayın12-də Fil
müharibəsindən 50 -55 gün keçmiş dünyaya gəlmişdir. Bəzi tarixçilər onun  569-cu
Iidə, digərləri isə 571-ci ildə anadan doğulduğunu iddia edirlər. Lakin qəbul olunmuş
ümumi ənənəyə görə, Məhəmməd (S.Ə.S,) 570-ci ildə anadan olmuşdur. Tarixçilərin
verdikləri məlumata görə, Məhəmməd əleyhissəlamın anadan olduğu gün möcüzə
baş vermişdir. Belə ki, həmin gün Kəbədəki bütlər üzüqoylu düşmüş, İrandakı  Sahə
gölü qurumuş, atəşpərəstlərin baş məbədindəki manqalın alovu sönmüşdü.
     Maraqlıdır ki, Məhəmməd əleyhissəlamın anadan olması, vəfatı, peyğəmbərliyə
çatması, hicrəti  bazar ertəsi gününə düşür.
      Məhəmməd əleyhissəlamın atası Abdullah bin Əbdül-Müttəlib oğlunun dünyaya
gəlməsindən bir neçə həftə əvvəl Mədinəyə etdiy bir ticarət səfəri zamanı  xəstələn-
miş və orada da vəfat etmişdir. O zaman Ərəbistanda qəbul olunmuş adətə görə ,
yeni doğulmuş əsilzadə körpələr Məkkəyə nisbətən daha mülayim iqlimi olan bir
yerdə yaşayan süd anasının himayəsinə verilirdi. Məhəmməd(s.ə.s.) körpə çağında

Səd bin Bəkr qəbiləsinə mənsub olan Həlimə adlı bir qadına verilmiş və dörd il  bu süd anasının yanında  qalmışdı.O, həmin dövrdə ara-sıra anası Əmina bint  Vəhəblə
görüşmək üçün Məkkəyə  gətirilərdi.O,Məkkəyə qayıtdıüdan sonra  anası Əminə
yolda xəstələnərək  Əbva vahəsində vəfat etmiş, Məhəmməd(s.ə.s.) isə anasının  xid-
mətçisi Ummü Əymən adlı  bir qadın tərəfindən babası Əbdül-Müttəlibə verilmişdir.
       Məhəmməd (s.ə.s.) 8 yaşında  ikən babası Əbdül-Müttəlib vəfat etmiş və  o,əmisi
Əbu Talibin  himayəsinə keçmişdir. O, bir müddət çobanlıq edərək  maddi vəziyyəti
yaxşı olmayan əmisinə kömək etmişdir.  12 yaşında ikən əmisi Əbu Taliblə birlikdə
ticarət karvanı ilə Şama(Suriyaya) getmişdir. Bu səfər əsnasında o, Qüdslə Şam ara-
sında yerləşən Busra şəhərində  Bəhira adlı bir  xaçpərəst rahiblə görüşmüşdür.
Bəhira bu uşağa diqqətlə baxıb onunla söhbət  etmiş, sonra heyrət içində Əbu Talibə
onun müqəddəs kitablarda vəsf edilmiş sonuncu peyğəmbər olacağını xəbər verib
Uşağı təkbaşına  heç yerə buraxmamağı tövsiyyə etmişdir.
      Məhəmməd(s.ə.s.) 585-ci ildə Qureyş və Qeys qəbilələri arasında baş vermiş
Ficar müharibəsinə getmiş və orada vuruşan əmilərinə ox daşımışdır.
       Məhəmməd(s.ə.s.) bir müddət əmisinin yanında ticarətlə məşğul olduqdan sonra
özünün düzgünlüyü, halallığı sayəsində Məkkə şəhərinin əhalisinin diqqətini cəlb
etmişdir. Məkkənin ən varlı taciri  Xədicə bintu Xuveylid öz ticarət işlərinin idarəsini
ona həvalə etmişdir.Məkkənin bir çox  varlıları bir yerə getdikləri  zaman öz mal-
dövlətlərini və qiymətli şeylərini əmanət  olaraq ona tapşırıdılar. Xalq arasında ona
Muhmmədunil-əmin (etibarlı, bel bağlanılası Məhəmməd) deyirdilər.
       Məhəmməd(s.ə.s.) 25 yaşında ikən Xədicə ilə evlənmişdi. Bu xoşbəxt izdivacdan
onun 4 qızı—Zeynəb, Ruqiyyə, Ummi-Külsüm, Fatimə  və 2 oğlu- Qasim və Abdullah
dünyaya gəlmişdir. O,evləndikdən sonra əmisi  Əbu Talibin məişət yükünü  yüngülləşdirmək üçün onun kiçik oğlu Əlini öz himayəsinə altına almışdı. Əli uşaq yaşların-
dan öz əmisi oğlu Məhəmmədin yanında yaşamış, onun qayğısı ilə əhatə olunmuşfu.
       Mənbələrin verdiyi məlumata görə,ilk gəncliyindən ulu babası İbrahimin dinində
olan hənəfilərlə sıx əlaqə saxlayan Məhəmməd(s.ə.s.) bütlərə nifrət edir, hər ilin
Ramazan ayını Məkkə yaxınlığında yerləşən Cəbəlun-nur dağındakı  Hira mağarasında
günlərlə qalar, yalnız ərzağı tükəndiyi zaman Məkkəyə qayıdıb  Kəbəni təvaf edər.
sonra zövcəsi Xədicənin yanına gələr, daha sonra yenidən Hiraya dönərdi.
      Məhəmməd(s.ə.s.) bir gün yenə Hira mağarasında qaranlıq və səssizlik içində təfək-
kür dəryasına qərq olduğu zaman birdən zülmət içindən bir nur parlamış, vəhy mələyi
Cəbrayıl əleyhissəlam nazil olub Allahın bu mömin bəndəsinə  «Qurani- Kərim»in
ilk  beş ayəsini  oxutmuşdu: «1.Yoxdan yaradan  Rəbbinin adı ilə oxu. 2. O, insanı
laxtalanmış qandan yaratdı. 3.Oxu, sənin Rəbbin  ən böyük kərəm sahibidir. 4. O
Rəbbin ki, qələmlə yazmağı öyrətdi. 5.Orəbbin ki, bilmədiklərini öyrətdi».BU,
Məhəmməd peyğəmbər(S,Ə,S.)ə  nazil olan «ƏLƏQ» surəsidir.
       Bu hadisədən son  dərəcə heyrətlənən Məhəmməd(s.ə.s.) qorxudan titrəyərək evə
qayıtmış,bir müqddət  şaşqın vəziyyətdə qalmış,özünə gəldikdən sonra əhvalatı xanımı
Xədicəyə söyləmişdir. Xədicə bunu xristian dininə qail olan əmisi oğlu Vərəqə bin
Novfələ danışmışdı. İbrani(yəhudi) və suriyani dillərini yaxşı bilən, Tövratı və İncili
dəfələrlə oxumuş Vərəqə,Xədicəni diqqətlə dinlədikdən sonra onun ərinin musəvilərin
və isəvilərin çoxdan gözlədiyi axirüzzəman peyğəmbər olduğu müjdəsini vermişdi.
İslam tarixçilərinin əksəriyyətinin fikrincə, bu hadisə 610-cu ilin Ramazan ayında baş
vermiş, həmin ildə 40 yaşında olan  Məhəmməd əleyhissəlama peyğəmbərlik verilmiş,
«Qurani-Kərim» lövhi-məhfuzdan dünya səmasına nazil olmuş,onun ilk ayələri Cəbrayıl vasitəsilə Peyğəmbərimizə vəhy edilmişdi.»Ələq» surəsinin yuxarıdakı  ilk 5
ayəsindən sonra bir müddət vəhy kəsilmişdi.İslam tarixində «fitnətul-vəhy» adlanan
bu fasilə bəzi rəvayətlərə görə,bir neçə ay,digər rəvayətlərə görə isə hətta bir neçə il
davam etmişdi.Məhəmməd(s.ə.s.) vəhyin  kəsilməsindən çox  həyacanlanmış,qəm-qüs-
səyə düşmüşdü. Nəhayət bir gün  «Zuha» surəsinin «And olsun səbrə. And olsun
sakitləşməkdə olan gecəyə ki, Rəbbin səni  nə tərk etdi, nə də sənə acığı tutdu».
buyuran ilk  3 ayəsi nazil olduqdan sonra kəsilən vəhyin yenidən başlandığını  bilən
Məhəmməd(s.ə.s.) çox sevinib səbrləşdi.Çox çəkmədi ki, «Muddəssir»  surəsinin
«Ey (libasına) örtünüb  bürünmüş  (Peyğəmbər)! Qalx (insanları Allahın  əzabı ilə)
qorxut!» müjdəsini verən ilk 2 ayəsi nazil olub,Məhəmməd əleyhissəlama Allah-təala
tərəfindən rəsulluq vəzifəsinin bəxş olunduğunu bidirdi.O,həmin ayələri  zövcəsi
Xədicəyə oxudu. Xədicə və onun yanında olan, yaxud bir rəvayətə görə, yolda əmisi
oğlu ilə rastlaşan Əli heç bir tərəddüd etmədən islamı qəbul etdilər. Bu ayələri eşidən
Peyğəmbərin azad köləsi və oğulluğu Zeyd bin Havisə və Əbu Bəkr də  sözsüz
islamı qəbul etdilər. Əbu Bəkr islamı qəbul etdikdən sonra onun ardınca Osman ibn
Əffan, Əbdürrəhman bin Ohf, Səd bin Əbi Vəqtas, Zübeyr bin Əvvam, Təlhə  bin
Übeydullah kimi Məkkənin adlı-sanlı adamları müsəlman oldular.
         Məhəmməd(s.ə.s.) ilk dövrdə islama dəvəti gizli şəkildə həyata keçirirdi. Lakin
614-cü ildə «Hicri» surəsinin ««(Ya Rəsulum!) Sənə əmr olunan  Quranı açıq-aşkar
təbliğ et və müşriklərdən üz döndər. Şübhəsiz ki, istehza edənlərin (şərindən)  səni
qorumağa Biz kifayət  edərik» ayələri nazil olduqdan sonra  O, islam dinini aşkar
təbliq etməyə başladı. Məhəmməd(s.ə.s.) tez-tez Kəbəyə gedib  «Qurani-Kərim»in
mübarək ayələrini oxuyur, öz qövmünü islamı qəbul etməyə çağırırdı. İlk günlərdən Bu təbliğə laqeyd yanaşan Qureyş qəbiləsi tədriclə müsəlmanların sayının artdığını,
Məhəmməd əleyhissəlamın bütləri və bütpərəstliyi rədd etdiyini gördükdə, mövqe-
lərini dəyişib müsəlmanlara əziyyət  verməyə başladı.Məhəmməd(S.ə.s.)  islamı
təbliq etmək, onu yaymaq  üçün əlindən gələni edirdi.»Qurani-Kərim»in  «Şüəra»
surəsinin  «(Əvvəlcə) ən yaxın qohumlarını (Allahın əzabı ilə) qorxudub xəbərdar et»
buyuran 214-cü  ayəsi nazil olan kimi qohum -əqrabasını və qureyşləri Kəbənin yaxın-
lığındakı  Səfa təpəsinə toplayıb onlara inandıqları bütpərəstliyin yanlış olduğunu
bildirdi. Bundan qəzəblənən Qureyşin adlı-sanlı adamları qəbilənin ağsaqqallarından
olan Əbu Talibin  yanına gedib qardaşı oğluna yiyə durmasını , onu susdurmasını
tələb etdilər, əks təqdirdə  özləri onun susduracağını bildirdilər. Daxılən qardaşı
oğlunun təbliğinə rəğbət bəsləyən Əbu Talib  Məhəmməd əleyhissəlamı yanına
çağırıb bütləri pisləməməsini,Qureyşin azğın sərvət sahiblərini qəzəbləndirməməsini
rica etdi. Əmisini böyük məhəbbətlə sevən Məhəmməd əleyhissəlam onun bu xahişini
qəbul etmədi. Bəzi qureyşilər isə Peyğəmbərə bütləri pisləməyəcəyi təqdirdə çoxlu
mal-dövlət ,sərvət , hətta Məkkənin  rəisliyi vəzifəsini verəcəklərini vəd etdilər.
Peyğəmbər onların bu təklifini də qətiyyətlə rədd etdi. Bu zaman  ərəblər içərisində
mətin cəngavər kimi tanınan Həmzə ibn Əbdül-Müttəlibin Əbu Cəhlin  Peyğəmbərə
etdiyi bir həqarətin nəticəsində islamı qəbul etməsi, onun ardınca Ömər ibn Xəttabın
islama dönməsi müsəlmanlara böyük qüvvə verdi. Lakin bütpərəst qureyşilər bunlar-
in müqabilində müsəlmanlara verdikləri əzab əziyyəti daha da artırır, onları şiddətli
işgəncələrə  məruz qoyurdular.Müsəlmanların vəziyyətinin gündən-günə pisləşdiyini
görən Məhəmməd əleyhissəlam möminlərdən istəyənlərin Həbəşistana hicrət(köç)
edə biləcəklərini bildirdi. Beləliklə, 614-cü ildə 11-12 kişidən və 4 qadından  ibarət ilk müsəlman qafiləsi Həbəşistana hicrət etdi.Bundan bir az sonra , yəni 615-ci ildə 77 kişi və 13 qadından(başqa rəvayətə görə 80 nəfərdən) ibarət  ikinci müsəlman
dəstəsi Həzrət Əlinin qardaşı Cəfər Təyyarın başçılığı ilə  Həbəşistana  köçdü.
Məkkədə qalan müsəlmanlar Əbu Talibin yaşadığı məhəllədə toplandılar. Bütpərəst
qureyşilər möminlərlə bütün əlaqələri kəsib  onları mühasirəyə aldılar. Müsəlmanlar
olmazın əzab-əziyyətə məruz qaldılar.Nəhayət bu qədər əziyyət ə son qoymağın
vaxtı çatdığını başa düşən  bəzi qureyşilərin tələbi ilə  bir müddət sonra mühasirə
aradan qaldırıldı.
       Mühasirə  götürüldükdən 7-8 ay sonra  iki mühüm hadisə Məhəmmədin(S.Ə.S)
həyatında dərin hüznlə baş verdi. Bunlardan birincisi Peyğəmbəri həmişə düşmənlər-
Dən müdafiə etmiş əmisi Əbu Talibin ölümü, ikincisi isə  onu maddi və mənəvi sıxıntı
Çəkməyə qoymayan sevimli zövcəsi Xədicə xanımın vəfatı idi.
        Bu dövrdə Məhəmməf əleyhissəlamın həyatında baş verən ən mühüm hadisələr-
Dən biri də isra və meracdır.. İsra- gecə səyahəti deməkdir. 619-cu ilin  Rəcəb ayının
27-si gecəsi  Məhəmməd əleyhissəlam Məkkədəki Məscidül-Haramdan,yaxud  öz
Evindən və ya əmisi qızı Ümmi Haninin evindən Allahın möcüzəsi  olaraq  Qüdsdəki
Məscidi-Əqsaya gətirilmiş, oradan da  MERAC  adlanan ,mahiyyətini bilmədiyimiz
Xüsusi bir nərdivanla  göylərə yüksələrək , Allah  dərgahına qalxmışdır.
        Məhəmməd əleyhissəlam hər il həcc ziyarətində Məkkəyə gələn qəbilələrlə
Görüşər, onları İslama dəvət edərdi.Bir dəfə o, Məkkə yaxınlığında yerləşən Əqəbədə
Zəvvarları gözləyərkən 6 nəfəər mədinəli rastlaşdı.Onlar o zaman Yasrib adlanan
Mədinədə məskunlaşmış Xəzrəc qəbiləsinə mənsub idilər. Peyğəmbər bu altı kişiyə
Qurandan ayələr oxudu və onlar islama dəvət etdi.Onlar islamı qəbul etdilər və  Mədinədə isla mı yaymağa  başladılar.Nəticədə Xəzrəc qəbiləsinin böyük bir hissəsi dönüb müsəlman oldu.tədriclə islam dini Mədinədə məskun olan Övs qəbiləsi daxilində də yayılmağa başladı. 621-ci ilin həcc mövsümündə 10 xəzrəcli və 2 övslü Məkkəyə gəlib Əqəbədə Məhəmməd əleyhissəlamla görüşdülər və ömürlərinin sonuna qədər  ona sadiq qalacaqlarına and içdilər. İclam tarixində buna BİRİNCİ ƏQƏBƏ biyəti deyilir.Müsəb bin Ümeyr də islamı mədinəlilərə öyrətmək üçün Mədinəyə göndərildi. Bütün bu səylər nəticəsində  Mədinə əhalisinin ,demək olar ki, hamısı müsəlman oldu.
622-ci ilin həcc mövsümündə Müsəb ilə birlikdə 73 qadın və 2 kişi Məkkəyə gəldi.Onlar
Əqəbədə Peyğəmbərlə görüşüb onu Mədinəyə dəvət etdilər,canları və qanları ilə  onu
qoruyyacaqlarına  and içdilər ki, buna da İKİNCİ  ƏQƏBƏ beyəti deyilir.Bundan sonra
Məhəmməd əleyhissəlam əshabələrinə Mədinəyə getməyə icazə verdi.622-ci ilin aprel
ayında Mədinəyə hicrət başladı. Müsəlmanlar Məkkəni qafilələrlə halında  tərk edirdilər
Qısa bir müddətdə  Məkkənin bəzi məhəllələri boşaldı. Müsəlmanların Mədinədə
məskunlaşması qureyşiləri yenidən qəzəbləndirdi.Onlar Məhəmməd  əleyhissəlamı
öldürməyi qərara aldılar. Bundan xəbər tutan  Peyğəmbər özünə verilmiş əmanətləri
sahiblərinə qaytarmaq üçün , Həzrəti-Əlini öz yatağında yatırdaraq gecə evdən çıxddı,
Əmanətləri sahiblərinə çatdırdıqdan sonra Əbu Bəkrlə  əvvəlcədən qərarlaşdırdıqları
yerə getdi. İki dost gecə Mədinəyə doğru hərəkət etdilər. Qureyşilər onların qaçdığından
xəbər tutan kimi ardlarınca dqşsələr də ,heç bir şey edə bilməyib  geri qayıtdılar.
Müsəlmanlar bir həftə getdikdən sonra Mədinə yaxınlığında Quba adlı bir yerə çatdılar.
Bir müddət orada qalıb Həzrəti-Əlini  gözlədilər. Onlar həmin müddətdə ərzində
Qubada bir məscid tikdilər ki. Bu islam tarixində ilk məscid hesab edilir. Nəhayət,
müsəlmanlar bir cümə günü  Oubanı tərk edib Mədinəyə doğru irəlilədilər. Bütün Mədinə əhli əziz qonaqları böyük bir təntənə ilə qarşıladı. Hamı Məhəmməd
Əleyhissəlam ın öz evində qonaq qalmasını istəyirdi. Lakin o, dəvəsinin Əbu Əyyub
Xalid bin Zeyd əl-Ənsarinin  evi qarşısında çökdüyünü görüb,oraya qonaq düşdü.
Sonralar peyğəmbər dəvənin çökdüyü yeri satın alaraq qrada bir məscid və özü üçün
ev tikdirdi.
     Hicrət Məhəmməd əleyhissəlamın  həyatında və islam tarixində  bir dönüş nöqtəsi-
dir.Belə ki,islam dini Mədinədə hakim mövqe tutmuş, Məhəmməd əleyhissəlam
Mədinədə  qurulmuş ilk islam dövlətinin banisi olmuşdur. Hicrət dövründə Mədinədə
üç qrup əhali yaşayırdı. Bunlar ənsarlardan,yəni Mədinəli müsəlmanlardan; mühacir-
lərdən – yəni hər şeyini  tərk  edərək Mədinəyə köçmüş məkkəli müsəlmanlardan;
bir də çox qədim zamanlardan Mədinədə məskunlaşmış 3 yəhudi qəbiləsindən ibarət
idi.
       Hicrətdən sonra müsəlmanlar qureyşilərin zülm və təqiblərindən azad olmuşdular.
Lakin  Qureyş təhlükəsi hələ də tamamilə aradan qalxmamışdı. Qureyşilər ətraf qəbilə-
lərlə  sazişə girərək  müsəlmanları Mədinədən təcrid etmək istyirdilər. Bunu görən
Məhəmməd (s.ə.s.) cavab tədbiri kimi Şama gedən Məkkə ticarət karvan yolu üzərində
nəzarəti ələ almaq qərarına gəldi. Bu zaman Mədinədəki müsəlmanlarla qureyşilər ara-
sında möminlərin qələbəsilə qurtaran Birinci Bədr və Əşirə  döyüşləri baş verdi.
      islamtarixində müsəlmanların qureyşiləri hədəfə alan ilk önəmli səfərlərdən biri
Nəhlə səfəridir.624-cü ildə baş vermiş  Nəhlə səfəri zamanı Abdullah ibn Cəhşin
komandanlığı altında kiçik  bit dəstə  Nəhlə  vadisinə tərəf yönəlib orada bir Qureyş
karvanı ilə rastlaşdı və karvanı ələ keçirdilər. Nəhlə səfəri müsəlmanlarla üureyşilər
arasındakı münasibətləri daha da gərginləşdirdi. Məhəmməd (s.ə.s..) Məkkə karvanlarını ələ keçirərək qureyşiləri iqtisadi baxımından zəiflətmək  məqsədini güddüyü halda ,Qureyş qəbiləsi isə  müsəlmanları hərbi cəhətdən  əzmək  planı hazırlayırdı. Hicrətin ikinci ilində ,demək olar ki, bütün Qureyş
qəbiləsinin qatıldığı  böyük bir karvanın Şama getməsi xəbəri müsəlmanlara məlum
oldu. Məhəmməd əleyhissəlam ənsardan və mühacirlərdən ibarət  bir dəstə düzəldib
karvanı ələ keçirməyi təklif etdi. 300 nəfərdən ibarət bir dəstə  düzəldi. Müsəlman
ordusu 624-cü ilin 9 martında Mədinədən çıxıb  Bədrə gəldi və orada karvanı gözlə-
məyə başladı.Lakin  Qureyşi karvanının başçısı Əbu Sufyan vəziyyəti öyrəndityindən
təhlükəni sovuşdurmaq üçün bir sıra tədbirlər gördü. O, bir tərəfdən Məkkəyə xəbər
göndərib onlardan yardım istədi,digər tərəfdən karvanın yolunu dəyişib onu təhlükə-
dən  xilas etdi. Əbu sufyanın xəbəri isə Məkkədə həyacan doğurmuşdu.Qısa bir
müddət ərzində  Əbu Cəhlin  komandanlığı altında  950 nəfərdən ibarət  bir qoşun
düzələrək Mədinəyə tərəf yola düşdü. İki ordu Bədrdə  üz-üzə gəldi . Döyüşün
əvvəlində Əbu Cəhl öldürüldü.,nəticədə əsgərlər arasında vahimə düşdü və Qreyş
ordusu məğlub oldu. Döyüş meydanında 14 müsəlman şəhid olmuş və  79 Qureyş
Əsgəri qətlə yetirilmişdi.  Beləliklə, İkinci Bədr savaşı müsəlmanların qələbəsi ilə
başa çatdı və bu döyüş müsəlmanların bütpərəstlər  ilk böyük qələbəsi idi.
        Bu döyüşdən sonra müsəlmanlar müdafiə mövqeyindən hücuma keçdilər.
Məkkəlilər fidyə ödəyərək Bədr  əsirlərini azad etdikdən sonra Əbu Sufyan Bir neçə
yüz nəfərdən ibarət bir ordu ilə Mədinənin yaxınlığına qədər gəlib  orada bəzi təxribat
işləri gördü və  sonra təcili surətdə geri çəkildi.
       Məkkəlilər Bədr vuruşmasına səbəb olan karvanın məruz qaldıöı təhlükəni hələ də
unutmamışdılar. Məkkəlilərin bütün həyatı ticarətlə bağlı olduğu üçün , növbəti il 625-ci ildə Şama gedəcək bir karvnaı başqa yolla aparmağı qərara aldılar. Məhəmməd
Əleyhissəlam Zeyd ibn Harisiyə özü ilə 100 süvari götürüb karvanı ələ keçirməyi əmr
etdi. Müsəlmanlar karvanı ələ keçirdilər.Buna cavab qatı bütpərəst olan Əbu Sufyanın
komandanlığı altında  3000 nəfərlik bir ordu ilə  Mədinənin yaxılıöındakı Uhud dağı
Ətəyində qərar tutdu. 625-ci ilin 23 martında iki ordu Uhudda bir-biri ilə qarşılaşdı.
Müsəlman ordusunun sayı 900 nəfərdən ibarət idi. Qeyri-bərabər qüvvələr şəraitində
keçən döyüşdə məkkəlilər qələbə çaldılar. Müsəlmanlardan cəmi 27 nəfər  şəhid
oldu.Peyğəmbərin əmisi , məçhur sərkərdə Həmzə də şəhid oldu. Uhud döyüşündə
Peyğəmbərin alnı cızılmış ,mübarək dişi sınmışdı.
      Birillik fasilədən sonra Dumətul- Cəndək və Bəni-Müstəliq savaşları müsəlmanların 
qələbısi ilə başa çatdı. Bir az sonra Uhud qələbəsindən ruhlanan məkkəlilər böyük bir
ordu ilə Mədinə üzərinə hücuma keçdilər.Uhud döyüşünün acı nəticələrini unutmayan
 müsəlmanlar bu dəfə Mədinə ətrafında xəndək qazıb tam müdafiə mövqeyinə keçdilər.
İslam tarixində Xəndək müharibəsi adlanan bu döyüşdə müsəlmanlar qələbə çaldılar.
       Məhəmməd əleyhissəlam 628-ilin baharında yenidən Məkkəyə qayətmağı qərara
aldı. O,628-ci ilin 13 martında qılıncdan başqa silahı olmayan 1500 nəfər əshabəsi ilə
yola düşdü. Müsəlmanlar yolda heç bir müqavimətə rast gəlmədən Məkkənin 60 km.
liyində  yerləşən Usfan adlı bir yerdə qərar tutdular. Müsəlmanların bu hərəkətindən
xəbər tutan məkkəlilər döyüş qərarına gəldilər.Xalid ibn Vəlid öz ordusunun ön hissə-
sini Usfan istiqamətinə göndərdi. Bu zaman Məkkəyə daha çox yaxınlaşmağa can atan
Məhəmməd əleyhissəlam onun yaxınlığındakı Hüdeybiyəyə gəlib çatdı. Peyğəmbər
Məkkəyə  elçi göndərib səfərinin məqsədini yalnız həc s ziyarəti olduğunu,lakin ona
mane olunacağı təqdirdə  döyüçdən dönməyəcəyini və eyni zamanda qureyşilərlə
bir saziş bağlamağa da  hazır olduğunu bildirdi. Məkkəlilər əvvəlcə bu təklifə razı olmadılar.Elçilər bir neçə dəfə gəlib-getdilər,vəziyyət gərginləşdi. Hər an vuruş
başlanacağı gözlənilirdi.Yanlarında qılıncdan başqa silahları olmayan müsəlmanların
vəziyyəti ağır idi.Məhəmməd əleyhissəlam əshabəsini bir yerə toplayıb onlardan
sədaqət andı içməyi tələb etdi. Müsəlmanlar son damla qanlarına qədər vuruşacaq-
larını ,ölənə qədər Peyğəmbərə sadiq qalacaqları barədə and içdilər.Bu andiçmə
mərasimi  İslam tarixində «Beyatur-Rizvan» və ya «Beyətun təhtəşşəcər» adı ilə
məşhurdur.Nəhayət ,Peyğəmbərin ciddi səyi və böyük diplomatik fəaliyyəti nəticəsin-
də  məkkəlilərlə saziş  bağlamaq  işi baş tutdu. Hüdeybiyyə müqaviləsi adlanan bu
sazişin şərtlərinə görə, qureyşilərlə  müsılmanlar arasında 10 il müddətində müharibə
olmayacaq, həmin il müsəlmanlar tərəfindən həcc  mərasimi yerinə yetirilməyəcəkdir.
Eyni zamanda qərara alınmışdı ki,qureyşilərin biri öz sahibinin və ya qəyyumunun
razılığı olmadan Məhəmməd əleyhissəlamın yanına gedib ona pənah apararsa ,
təkrarən geri qaytarılsın.Müsəlmanların biri Qureyşə pənah apararsa ,o, geri
qaytarılmasın.
     Hüdeybiyyə müqaviləsinin  hər şeydən əvvəl əhəmiyyəti ondan ibarət oldu ki,
bu müqavələ ilə qureyşilər  Məhəmməd əleyhissəlamı və müsəlmanları rəsmən
tanıyıb  onlarla saziş imzalamaq  məcburiyyətində qaidılar.
      Hüdeybiyyədən qayıtdıqdan  bir ay sonra Məhəmməd (s.ə.s.) Xeybər yəhudiləri
üzərinə hücum etmək qərarına gəldi. Bunun səbəbkarı  Xeybər yəhudilərinin özləri
idilər. Onlar bütpərəst ərəbləri müsəlmanlarla vuruşa təhrik edir, özləri də müsəlman-
Larla düşmən olan ərəb qəbilələri ilə birlikdə Mədinə üzərinə qəfildən hücum etməyə
hazırlaşırdılar.Yəhudilər barış təklifini qəbul  etmədiklərinə görə Peyğəmbər onlarla
döyüşmək məcburiyyətində qalmışdı. 
       Beləliklə, 628-ci ilin aprelində Məhəmməd əleyhissəlam  1600 əsgərdən ibarət bir
ordu ilə  Mədinədən çıxıb gözlənilmədən Xeybərə hücum etdi.Müsəlmanlar yəhudi-
lərin bğöyük ümüd bəslədikləri  müttəfiq qüvvələrin onlarla birləşməsinə imkan 
vermədilər. 20 günlük mühasirədən sonra  Xeybər təslim oldu. Həzrəti-Əli əeyhissəlam
Xeybər  döyüşündə  misilsiz  şücaət göstərdi.
      629-cu  ildə Şama göndərilən 15 nəfərlik müsəlman  kəşfiyyat dəstəsi Qəssanilərin
sərhəd mühafizəçiləri tərəfindən pusquya düşərək öldürüldü. Yenə həmin ildə Busraya
göndərilən müsəlman elçisi edam etdirildi. Buna görə də  Məhəmməd əleyhissəlam
oğulluğu Zeyd ibn Harisənin başçılığı altında 3000 həfərlik bir ordunu Şama göndərdi.
Ordu Lüt gölünün cənubunda yerləşən Muta adlı bir yerdə  Bizans qoşunlar ilə qarşılaş-
dı. Müsəlman ordusu sayca özündən çox olan  Bizans qoşunları ilə döyüşdə məğlub
oldu.Döyüş zamanı orduya komandanlıq edən Zeyd ibn Harisə, Cəfər ibn Əbu Talib,
Abdullah bin Rəvahə və b. şəhid oldular. Xalid ibn  Valid başsız qalmış ordunu  bir
yerə toplayaraq qırılmadan qurtardı  və sağ-salamat Mədinəyə gətirdi. Bu igidliyinə
görə Peyğəmbər əleyhissəlam Xalid ibn Validə Seyfullah(Allahın qılıncı) ləqəbini verdi.
      629-cu ilin sonlarında  qureyşilər Hüdeybiyyə müqaviləsinin qüvvədən düşdüyünü
elan etmək üçün müsəlmanlara böyük dəstəvüz verdilər. Buna səbəb o olmuşdur ki.
müsəlmanlarla müttəfiq olan  Xüzaə üəbiləsi ilə Bəkr qəbiləsi arasında baş verən anlaş-
mazlıqda  qureyşilər  Bəkr qəbiləsini açıq-aşkar müdafiə  etmişdilər. Bu isə Hüdeybiyyə
müqavəlsini pozmaq demək idi. Bu addımın doğuracağı təhlükəni yaxşı dərk edən
Qureyşin başbilənləri Əbu Sufyanı Mədinəyə göndərərək məsələni sülh yolu ilə nizama
salmağa təşəbbüs göstərdilər. Əbu Sufyan  Mədinəyə yetişdikdə bütün qapıların üzünə
bağlandığını  gördü. Məhəmməd Əleyhissəlam haraya gedəcəyini bildirmədən səfərə
 Hazırlıq əmrini vermişdi. Bütün tədbirlərə baxmadan  səfərin Məkkə üzərinə təşkil
edidiyi hamıya bəlli oldu. Məkkəlilər  dəstə-dəstə gəlib islama dönür, Peyğəmbərə
beyət edir, onun ordusuna daxil olurdular.
       630-cu ilin  yanvarında  10 000 nəfərlik müsəlman ordusu Məkkənin ətəyindəki
Mərruz-Zəhran adlı yerdə öz qərargahını qurdu.Artıq Məkkənin müsəlmanlara müqa-
vimət göstərə  bilməyəcəyini dərk edən Peyğəmbər ordu başçılarına ciddi təhlükə 
yaranmadığı təqdirdə qan tökməmələrini əmr etdi. Şəhərin  məhəllələri heç bir qan
tökülmədən fəth edidi. Bir neçə nəfər istisna olmaqla əfvi-ümumi elan edildi.
Məhəmməd (s.ə.s.) Məkkəyə daxil olan kimi  Kəbəyə gedib Allahın  evini bütərdən
təmizlədi. Təxminən 8 il əvvəl bir neçə  yüz əshabəsi ilə birlikdə tərk etmək məcburiyyə-
tində qadığı doğma Məkkənin fəthi  və qreyşilərinin islama dönüşü ilə  Məhəmməd
Əleyhissəlamın ən böyük məüsədlərindən biri həyata keçmiş oldu.
       Məkkənin fəthindən sonra müsəlmanlar başqa  bir ciddi təhlükə ilə qarşılaşdılar.
Həvazin qəbilələri hələ Məkkənin fəthindən  əvvəl müsəlmanlar üzərinə  böyük yürüş
Planı hazılamışdılar. Məkkənin fəthindən iki həftə sonra Həvazin qəbilələri 20 000-lik
ordu ilə Taif ətrafında toplaşdılar.Məhəmməd Əleyhissəlam 630-cu ilin yanvarında
12 000 –lik bir qoşunla  onların qarşısına çıxdı. Həvazin  və Səqif qəbilələrinin müttəfiq
qoşunlarının  komandanı Malik bin Ovf  öz süvari  birləşmələrini iki ordu arasındakı
Hüneyn vadisinə yerləşmişdi.Onlar vadinin hər iki yamacında pusqu qurmuşdular.
Soyuq və yağmurlu bir gündə müsəlman ordusunun ön hissələri vadiyə daxil oldu.
Onlar vadinin ortasına çatdıüda qəfil hücuma məruz qaldılar.İslam intizamına  hələ
tam alışmamış bədəvilər qaçmağa başladılar və müsəlmanlığı yenicə qəbul etmiş
qreyşiləri də  özləri ilə birlikdə qaşmağa sövq etdilər. Vəziyyət çox  ağır idi. 

İslam ordusunun nüvəsini təşkil edən ənsar və mühacirlər arasında vahimə düşmüşdü.
Belə təhlükəli anda  Məhəmməd əleyhissəlam : « Ey ənsar, ey ölümdən qorxmağa
and içənlər!» deyərək qılıncını siyirib ortaya atıldı. Qaçmağa üz qoymuş  müsəlman
Əsgərlər Peyğəmbərin bu sözlərindən ruhlanaraq yavaş-yavaş geri dönməyə  başladı-
lar. Özünü cəmləşdirən ordu yenidən hücuma keçdi. Müsəlmanlar Taifin üzərinə
yüyürüb onu mühasirəyə aldılar. 14 günlük mühasirədən sonra Taif təslim oldu.Malik
Iibn Ovf əsir düşmüş arvadını və uşaqlarını xilas etmək üçün islamı qəbul etdi.Həvazin
qəbilələri birliyinin böyük bir qismi  dönüb müsəlman  oldu.
        Məhəmməd əlyhissəlam 631-ci ildə Şam üzərinə yeni bir yürüş  etmək qərarına
gəldi. Bu, peyğəmbərin bilavasitə iştirak etdiyi son hərbi səfəri idi.Ordu Mədinədən
çıxıb Təbuk  adlanan yerə gəldi, 10 gün orada qaldı.Lakin qarşısına heç bir düşmən
qüvvəsi çıxmadı. Tarixdə Tabuk yürüşü adlanan bu səfər elə bir önəmli nəticə vermə-
dən başa çatdı.
         632-ci ildə islam dini artıq Ərəbistan yarımadasının ən ucqar  yerlərində belə
hakim dinə çevrilmişdi. Peyğəmbər Allahın ona buyurduğu islam dinini  layiqincə
təbliğ etmiş, öz risaləsini bacarıqla  yerinə yetirmişdi. Məhəmməd əleyhissəlam
hicrətin 10-cu ilinin  zilqədə ayının 25-də (632-ci ilin  21 fevralında ) özünə canı-
dildən sadiq olan 100 000 lik  əshabə ilə  həccə getmək qərarına gəldi. İslam tarixində
VİDA həcci kimi daxil olmuş bu ziyarət  əsnasında  həccin bütün əməllərini, həcc
ziyarətinin qayda-qanunlarını lazımınca  öz əshabəsinə öyrətdi. Həcc prosesində
Ərəfatda və həccdən Mədinəyə qayıdarkən  QƏDİRİ-XUMM adlı yerdə vida xütbəsi
söyləyən Peyğəmbğər Məhəmməd əleyhissəlam  bu tarixi xütbəsində islam dininin
gələcək  inkişaf yollarını  müəyyənləşdirdi, onun parçalanması, müsəlmanların Təfriqəyə düşməmələri üçün özünün tövsiyyələrini ümmətə  bəyan etdi. Peyğəmbər
öz xütbəsində  müsəlmanları bir-birləri ilə qardaş olduqlaarını, bir-birlərinin canlarına
və mallarına qəsd etməmələrini, qohumluq, ailə tellərinin müqəddəs olduğunu ,hər
bir müsəlmanın qadınlara,kölələrə yaxşı davranmalı, nəzakətlə rəftar etməli olduğunu
tövsiyyə edirdi. Onun ümmətə olan ən əsas  tövsiyyələrindən biri də islamın birliyini
göz bəbəyi kimi qoruyub saxlamaq idi. Peyğəmbər əleyhissəlam həm vida xütbəsində,
həm də  ölüm yatağında olarkən üzünü  bütün ümmətinə və yaxın əshabəsinə  tutub
demişdi;» Ey camaat! Sizin aranızda iki şeyi əmanət qoyub gedirəm, onlardan biri
Allahın kitabı, o biri isə mənim əhlim – beytim,yəni ailəmdir.Onlardan bərk yapışın».
          Nəhayət, Məhəmməd əleyhissəlama  ümmətə  «Maidə» surəsinin həcc ziyarəti
zamanı nazil olmuş ayəsini: « Bu gün sizin üçün dinimizi kəmalə yetirdim,sizə olan
nemətimi tamamladım və din olaraq  sizin üçün islamı bəyənib seçdim»  oxudu.
 Bununla da «Quran»ın nüzulun sona yetməsi, Peyğəmbərin din təbliği vəzifəsinin
başa çatması  bəlli olurdu.
       Məhəmməd əleyhissəlam Mədinəyə qayıtdıqdan sonra  Bizansa qarşı yeni bir səfər
Təşkil etməyi qərara ldı. 632-ci ilin mayın 25-də səfərə hazırlıq başlandı. Ordunun
 komandanlığı Zeyd Harisənin oğlu Üsaməyə tapşırıldı. Bu zaman Peyğəmbər əleyhis-
səlam xəstələndi və bu  müsəlmanlar arasında  böyük narahatçılığa  səbəb oldu.
Peyğəmbərin xəstəliyinin şiddətlənməsinə baxmayaraq o, səfərə hazırlıq işləri ilə
ciddi maraqlanırdı. Ordu üçün Mədinə yaxınlığında əl-Curf adlı yerdə qərargah  qur-
ulmuşdu. Peyğəmbərin xəstəlik nəticəsində zəifləməsi müsəlmanların diqqətini başqa
işlərdən yayındırmış, əlləri işdən soyumuşdu.
       Nəhayət, hicrətin 10-cu ilinin  səfər ayının 28-də , başqa bir mənbəəyə görə isə
rəbiüləvvəl ayının 12-də canını həmişə intizarında  olduğu öz Rəbbinə  tapşırdı ,  gözlərini əbədi olaraq yumub  Allah dərgahına qovuşdu.
      Üsamənin başçılığı altında olan ordu Peyğəmbərin  vəfatı xəbərini eşidib Mədinəyə
döndü. Yüz minlərlə müslman öz sevimli Peyğəmbəri ilə vidalaşmaq üçün Ərəbistan-
In hər yerindən Mədinəyə axışırdı. Məhəmməd peyğəmbər əleyhisssəlamın yuyulması
kəfənlənməsi və dəfn işləri ilə Həzrəti Əli məşğul olurdu.Peyğəmbərin əmisi Abbas və
onun oğulları bu işdə Həzrət Əliyə kömək etdilər. Peyğəmbər gecə vaxtı öz evində, xəst
xəstə yatdığı yerdə dəfn edildi.Əvvəlcə kişilər,sonra qadınlar, daha sonra uşaqlar
meyit namazı qıldılar.
        Məhəmməd əleyhissəlam ortaboylu , ağbənizli idi, saçlarını ortadan ayırıb yanlara
darayardı. Peyğəmbərin qaşları hilal şəkilli , gözləri iri və qara, saqqalı sıx, sinəsi geniş
və seyrək tüklü idi. Üzü həmişə nur saçardı. Beşikdən qəbirədək sadə həyat tərzi keçir
miş ,gündüzlərini ,gecələrini xeyirli işlərə və ibadətə həsr etmiş Məhəmməd (s.ə.s.)
bütün insanlara dünyada və axirətdə xoşbəxt olmağın yollarını göstərmişdir. O, üm-
mətə tövsiyyə etdiyi əməlləri ən əvvəl özü yerinə yetirib yüksək əxlaq nümunəsi nüm-
mayiş  etdirmişdir. Peyğəmbərin qəlbi həmişə bəşəriyyətə məhəbbət, insana sevgi
hissləri ilə dolu idi.Allahın bu elçisi o qədər mərhəmətli idi ki, əlində olanı həmişə
yoxsullara verər, bəzən özü ac qalardı.Peyğəmbərimiz uşaqları çox sevər, onları quca-
ğına alıb oynadardı.Günlərin bir günündə bir ərəb Peyğəmbərin bir uşağı qucağına
alıb ,öpdüyünü görmüş və təəccüblə :«On uşağım var, heç birini öpməmişəm»,-de-
mişdi .Məhəmməd əleyhissəlam ona:»Mərhəmət etməyənə  mərhəmət olunmaz»,-
deyə cavab vermişdi.
         Bir dəfə namaz qılarkən ,oynamaq üçün onun çiyinlərinə şıxmış sevimli nəvələri
Həzrəti-Həsənin və Həzrəti- Hüseynin oyunlarını tamam edib yerə düşmələrini gözləmiş, onların bu hərəkətini xoş sifətlə qarşılamışdı.
       Məhəmməd əleyhissəlam son dərəcə təvazökar idi, kasıbla varlıya heç fərq qoy-
mazdı, yoxsul bie adam belə onu bir iş üçün dəvət etsə idi gedərdi.O tez-tez kasıbların
evlərinə gedib, məclislərdə heç kəsin onun üçün ayağa qalxmasına razı olmazdı.
Buna görə də məclislərə gecikməz, vaxtında gedərdi. Xəstələri yoluxar,onların şəfa
Ttapmaları üçün dua edərdi. Məclisə getdiyi zaman harada boş yer  görsə, orada oturar,
özünün yuxarı başa dəvət edilməsini gözləməzdi. Paltarını, çəkməsini özü yamayardı,
lazım olan şeyləri bazardan özü alar, başqasına əziyyət verməzdi. Peyğəmbərimiz
qonağı çox sevər, ona özü xidmət edərdi. O, müsəlman olmayan qonaqlara da belə
davranardı. Günlərin birində bir nəfər onu ziyarətə gəlmiş , hüzuruna daxil olduüda
titrəməyə başlamışdı.Bunu görən Peyğəmbər: «Dostum,titrəmə. Mən ki  hökmdar
deyiləm,quru çörək yeyən bir qureyşi qadının oğluyam»- deyə ona müraciət edib
sakitləşdirmişdi.
      Peyğəmbərimizin yaşayışı sadə və təmiz idi. O daim təmiz geyinər, bədənini
təmiz saxlayardı. Gündə bir neçə dəfə dişlərini yuyar, ətirlənməyi çox sevərdi.
Əshabəsinə də təmizkar olmağı , məscidə, ictimai yerlərə təmiz getməyi tövsiyyə
edərdi. Az yeyər, süfrədən doymamış durardı. Məclisdə olduqda isə hamının  doyunca
yeməsinə imkan vermək üçün, süfrədən əlini  hamıdan axırda çəkərdi.
       Məhəmməd əleyhissəlam insanların ən comərdi idi. Özündə olan şeyi ehtyacı olan
kimsəyə verməkdən çəkinməzdi,imkanı olan yerdə heç kəsi əliboş qaytamazdı. Ona
təşəkkür edənlərə : «Mən ancaq paylayanam, verən Allahdır», deyərdi. Bunula belə
o,dilənçiliyi sevməzdi, dilənçilərə işləyib qazanmağın ylunu göstərərdi.
     Məhəmməd əleyihissəlam heç kəsin qəlbin qırmazdı, heç kəsi təhqir etməz, heç kəsə pis söz deməz, heç yerdə öz böyüklüyünü biruzə verməzdi. O, heç kəsdən intiqam
almazdı , bağışlamağı sevərdi. Ona yaxşılıq edənlərin yaxşılığını unutmazdı, daim min-
nətdarlıqla yadında saxlayardı. Perğəmbərimiz özündən yaşlılara ehtiram göstərər.
özündən kiçiklərə isə mərhəmət və şərafətlə yanaşardı.
        Məhəmməd əleyhissəlam təkidünyalığı ,tənbəlliyiboş oturmağı sevməz, həmişə
bir işlə məşğul olardı.O, mədinə məscidinin tikintisində daş daşımış, orada fəhlə kimi
çalışmışdı.
       Məhəmməd əleyhissəlam həm də gözəl ailə başçısı idi. Qadınları ilə son dərəcə nə-
zakətli davranar, ev iılərində onlara kömək edərdi.O tez-tez ümmətinin kişilərinə
müraciətlə: «Sizin ən xeyirliniz qadınlarla ən yaxşı davranmağınızdır.».
       «Qurani-Kərimd»də «üsvətun Həsənə» («gözəl örnək») adlandırılan Məhəmməd
əleyhissəlamın həyatı, ibadəti, yaşayış tərzi, parlaq şəxsiyyəti təkcə müsəlmanlar üçün
deyil, bütün bəşəriyyət üçün kaml insan, gözəl əxlaq nümunəsidir. Məhəmməd əleyhis-
səlam Allahın bəşəriyyətə göndərdiyi son dinin , son səmavi kitabın təbliğatçısıdır və
peyğəmbərliyinin axırıncısıdır. Onun adı «Qurani- Kərim»də bir dəfə Əhməd və dörd
dəfə Muhamməd şəklində vəsf edilmişdir.
       Əslində islam «yni» bir din deyildir.»Allah yanında haqq olan din islamdır» buyu-
ran «Quran»ın hökmünə görə Haqq-təalanın ilk perğəmbərdən etibarən öz elçiləri
vasitəsi ilə tamamlanmış, onun təbliği ilə  kamilliyə yetişmişdir. İslam bütün dövrlərin
və zamanların tələbinə , ehtiyacına cavab verən  ilahi bir dindir.İslam dini humanist
din olub insanpərvərliyi təblq edir, insanları qardaşlığa, yoldaşlığa , əməkdaşlığa,
saf niyyətə çağıran dindir.
        Məhəmməd əleyhhissəlam, «Qurani-Kərim»də xəbər verildiyi kimi, yalnız ərəblərə deyil,bütün insanlığa peyğəmbər göndərildiyi üçün o, Allahın bu  müqəddəs dinini
təkcə Ərəbistan yarımadasında təbliğ etməkələ kifayətlənməmiş, Həbəşistan, Misir,
İran hökmdarlarına, Bizans imperatoruna və başqa dövlət başçılarına məktublar
göndərərək onları böyük bir əzmlə islama dəvət etmişdir. Bubaxımdan Məhəmməd
Əleyhissəlamın diplomatik missiyası da müasir baxımdan xüsusi əhəmiyyətə
malikdir.
                           Hacıqabul rayonu,UDULU kənd məktəbi,müəllim Z.Əliyev