4 Temmuz 2014 Cuma

Mənim məktəbim: UDULU HAQQINDA

            Udulu və udululular haqqında
 Udulu Azərbaycanın qədim tarixi-mədəni bölgələrindən biridir. Udulu ilkin orta əsrlərlərdə(3-cü—7ciəsrlərdə) dövründə Albaniya (Şimali Azərbaycan)döv-
Lətinin Paytakaran vilayətinin Rotibaqa mahalına daxil idi. Sonralar , müstəqil feodal dövləti Şirvanşahlar (861-1538-ci illər) dövlətini tərkibində olmuşdur.
1538-ci ildə Şirvanşahlar dövləti vahid Azərbaycan Səfəvilər dövlətinə birləşdirildikdə bu dövlətin tərkibinə daxil edilmişdi.18-ci əsrin ortalalarında xanlıqlar  yaranan zaman Şamaxı xanlığının tərkibində idi. Azərbaycan 19-cu əsrin əvvəllərində Rusiya və İranarazında bölüşdülərkən Şimalı Azərbaycan təkibində Rusiyaya qatılmışdır. Hal-hazırda Udulu Hacıqabul rayonunun tərkibindədir. Udulu Bakı şəhərndən 130 km. Cənub-qərbdə, Hacıqabul rayonunun şimalında, Hacıqabul şəhərindən şimalı-qərbdə yerləşir. Udulunun şimalı-qərbindın cənub-şərqinə doğru uzanan Ləngəbiz dağ silsiləsi, simal hissəsindən uzanan Ələt tirəsi  ilə əhatə olunmuşdur. Bu iki dağların arasında vahədə, Pirsaatçayın aşağı axarılarının hər iki sahilində əlverişli təbii-coğrafi mövqedə yerləşir.Geolojiyaşı Neogen və Antropagen (21 milyonil və 1,8-2milyon il bndan əvvəl) dövrlərinə aiddir. Faydalı qazıntıları: neft,qaz, mişar daşı, qum, çınqıl,əhəngdaşı,gəc. Təsərrüfatı:əkinçilik, xüsulə taxılşılıq, bağçılıq,narçılıq,üzümçülük; heyvandarlıq.Uduluda dəvə də bəslənilir. Udulu ərazisinin təbii-coğrafi şərahiti, mülayim iqlimi, bitki örtüyü, heyvanlar aləmi insanların burada qədim zamanlardan məskən salması üçün şərait yaradırdı.Hələ insanlar Tunc dövründə(bizim eradan əvvəl 4-cü min illiyin 2-ci yarısı—b.e.ə.2-ci minilliyin sonu) dağətəyi və dağlıq zonalarda məskən salmışlar.Yaşayış məskənləri həmişə suya yaxın yerlərdə ,çox vaxt çay kənarında ,düşməndən qorunmaq üçün əlverişli yerlərdə salınırdı.Belə əlverişli yer güngörməz dağı olmuşdur. Bura həm müdafiə olunmaq, həm də Pirsaatçayın la p yaxılıqda axmasna görə insanlar üçün tam əlverişli idi. Bunu “Güngörməz”dağında və onun yaxınlığndakı qədim qəbirstanlıqda aparımış arxeoloji qazıntılar da təsdiq edir. Burada siklopik (təpəgöz) tikililər aşkar edilmişdir.“Güngörməz” dağındakı siklopik tikililər(Son Tunc dğvrü e.ə.2-ci minillin 2-ci yarısına aiddir—Z.Ə.)bunu deməyə əsas verir ki, İnsanlar Udulu bölgəsindəHətta  Tunc dövrünün sonlarında—e.ə. 2-ci minilliyin ortalarında məskən salmışlar.Deməli, Udulu ərazisi hələ qədim zamanlardan insanların məskəni olmuşdur. Biz udululular Azərbaycan Milli Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutundan xahiş edirik ki, Udulunun qədim tarixini dərindən və ətrafli öyrənmək üçün fundamental arxeoloji tədqiqatlar aparsın. Udululular qədim türk dilli tayfalarından biri olmuşdur. Tarixçi Fəzlillah Rəşidəddin(1247-1318) özünün “Came Ət-Təvarix” əsərində udi,uduit tayfaları
haqqında məlumat verir.Türk dilli Udulu tayfaları Cənubi Azərbaycanda Şahsevən türk tayfa birliyinə daxil idi. Bu tayfaların bir hissəsi hələ 1-ci şah Abbasın vaxtında(1589-1625); digər hissəsi isə Azərbaycanın Rusiya və İran arasında bölüşdürülməsindən(1813-1828)sonra şimali köçmüş və indiki Hacıqabul və Şabran rayonlarında Udulu adlı kəndləri yaranmışdır.Hal-hazırda Cənubi Azərbaycanın Qaradağ mahalında İran-Azərbaycan sərhəddi yaxılığında Udulu kəndi vardır.
      Udululular mübariz, mərd, fədakar,zəhmətkeş, mömin, istiqanlı, qonaqsevər,şən və həyatsevər TÜRK TAYFASIDIR. Udululular Vətənini, Dövlətini,Yurdunu, Xalqını, DİNİNİ sevərək DÖVLƏTƏ,DÖVLƏTÇİLİYƏ və DÖVLƏTÇİLİK ƏNƏNƏLƏRNƏ SADİQDİRLƏR.
                           Hacıqabul rayonu  Udulu kənd tam orta məktəbinin tarix müəllimi                    ZAKİR ƏLİYEV. 







Ulu Öndər Heydər Əliyev

Ulu Öndər Heydər Əliyev

                                                         15 İyun Milli Qurtuluş Günü

Ölkəmizin günü-gündən inkişafı,güclənməsi və dünyada öz yerini tutması,mənim üçün olduqca qürurverici andır!Azərbaycanımızın bütün bölgələrində Milli Qurtuluş Günü qeyd olunur.
Dövrünün dahi müasiri - Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqının milli qurtuluşunu təmin etdi.
1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə daxili vəziyyət və hakimiyyət böhranı yarandı. İctimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Orduda da vəziyyət ağırlaşır, fərarilik artırdı. Erməni təcavüzü gündən-günə güclənirdi. Azərbaycanda hakimiyyət boşluğu yaranmışdı. Gənc respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi. 1992-ci ilin mayın 14-də hakimiyyəti ələ keçirən Xalq Cəbhəsi ilk gündən özünün qeyri-sağlam fəaliyyəti ilə ölkəni idarə edə bilməyəcəyini göstərirdi. 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarandı.
Vətənin belə ağır günündə xalq Naxçıvandan Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Bakıya dəvət etdi. Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi.
Heydər Əliyev çox az zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi.
1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.
Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaradıb, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanıb. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmış, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salınmış, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunub.
Azərbaycan daxilində yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək, 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.
Heydər Əliyevin rəhbərliyi altında aparılmış son dərəcə gərgin fəaliyyət nəticəsində Azərbaycan xalqının taleyi ilə pərdəarxası oyunlara, siyasi anarxiya və eksperimentlərə son qoyulmuş, ölkədə cinayətkarlığın qarşısı tam alınmış, bütün qanunsuz silahlı dəstələr ləğv olunmuşdu ki, bunlar da bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaratmışdı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı Heydər Əliyevin qətiyyəti sayəsində alınmış, dövlət müstəqilliyi qorunub saxlanmışdır. Məhz buna görə də ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət almışdı ki, bunun da əsasını müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiya təşkil edirdi. Ondan sonrakı dövrdə Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi şəxsən Heydər Əliyevin adı ilə bağlıdır.
Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur. Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olub. Heydər Əliyevin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi ardıcıl prioritet sahələr olub.
Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaradıb.
Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlayıb.
Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olub.
Heydər Əliyevin fəal diplomatiyası nəticəsində Azərbaycan dünyanın demokratik dövlətlərinin və aparıcı ictimai təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsinə nail ola bilib. Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil edib. Onun dünya təcrübəsinin bütün nailiyyətlərini, sivil beynəlxalq normaları özündə tam əks etdirən sülhsevər xarici siyasətinin əsasında isə, ilk növbədə, milli müstəqilliyin möhkəmləndirilməsi, dövlətlərin hüquqlarına hörmətlə yanaşılması, bütün mübahisəli məsələlərin sülh və danışıqlar yolu ilə həll edilməsi, qarşılıqlı surətdə faydalı iqtisadi, elmi və mədəni əməkdaşlıq yaradılması, dövlətlərarası əlaqələrə mane olan hər cür məhdudiyyətlərin aradan qaldırılması prinsipləri dayanırdı.
Heydər Əliyev 1992-ci ildən başlayaraq türkdilli dövlətlər arasında iqtisadi, siyasi, ədəbi-mədəni əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi sahəsində də gərgin fəaliyyət göstərib. O, bütün türk dünyasının ən nüfuzlu şəxsiyyəti kimi şöhrət qazanıb.
Heydər Əliyev Azərbaycanın təbii sərvətlərindən, əlverişli coğrafi-strateji mövqeyinin üstünlüklərindən ölkənin milli mənafelərinə uyğun şəkildə istifadə edilməsinə yönəldilmiş irimiqyaslı beynəlxalq iqtisadi sazişlərin işlənib hazırlanması və həyata keçirilməsi sahəsində son dərəcə gərgin və səmərəli fəaliyyət göstərib. Onun böyük siyasi iradəsi və müdrik uzaqgörənliyi sayəsində əhəmiyyətli beynəlxalq müqavilələrə imza atılmış və onların həyata keçirilməsinə başlanıb. Heydər Əliyevin təşəbbüsü ilə böyük siyasi məna kəsb edən bir sıra dünya miqyaslı iqtisadi proqramların həyata keçirilməsində Azərbaycan aparıcı rol oynayıb. Böyük bir coğrafi məkanda region qüvvələrinin birləşməsində də Heydər Əliyevin danılmaz xidmətləri olub.
Tarixin amansız və sərt sınaqları dövründə dünyanın ayrı-ayrı ölkələrinə səpələnərək yaşamaq məcburiyyətində qalmış azərbaycanlıların birlik və həmrəyliyinin əldə edilməsi işində Heydər Əliyevin müstəsna xidmətləri vardır. O, dünya azərbaycanlılarının təşkilatlanması və onların bir Vətən - müstəqil Azərbaycan ətrafında sıx birləşməsi üçün daim və əzmlə səy göstərmiş, bu istiqamətdə son dərəcə qiymətli qərarlar qəbul edib.
Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi planlar artıq Azərbaycanın gerçəkliyinə çevrilmişdir. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi var.
Heydər Əliyev bizim dahi müasirimizdir. Bu faktın özü hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Heydər Əliyev eyni zamanda, taleyin xalqımıza bəxş etdiyi böyük tarixi şəxsiyyətdir. O, Azərbaycanın tarixi inkişaf prosesinə təkan vermişdir. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaradıb.
Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq.                            


                                                         Ulu Öndər  Heydər Əliyev


Heyder Elirza oglu Eliyev 1923-cu il mayin 10-da qedim Naxcivan seherinde fehle ailesinde dunyaya goz acmisdir. Heyder Eliyev Azerbaycan Dovlet Universitetinin tarix fakultesini bitirmisdir.1941-44-cu illerde o, Naxcivan Muxtar Respublikasinda mes"ul vezifelerde calismisdir.1944-cu ilden Heyder Eliyev Azerbaycan Dovlet Tehlukesizlik Komitesinde fealiyyete bashlamish ve 1967-69-cu illerde hemin komitenin sedri olmushdur. O, dovlet tehlukesizliyi sisteminde yuksek vezife tutmush ve general rutbesini almish ilk azerbaycanli olmushdur.
1969-cu ilin iyul ayinda Heyder Eliyev Azerbaycan Kommunist Partiyasi Merkezi Komitesinin birinci katibi ve respublikanin rehberi sechilmishdir. 1982-ci ilin dekabrinadek o, hemin vezifeni tutmushdur. Bu 14 il iqtisadiyyat, medeniyyet ve Azerbaycan xalqinin milli ozunuderkinin inkishafina boyuk tesir gostermish evezsiz iller olmushdur. Bu dovrde Heyder Eliyev siyasi xadim kimi genish taninmishdir. 
1982-ci ilin dekabrinda Heyder Eliyev kechmish SSRI Nazirler Sovetinin sedr muavini vezifesine teyin olunmush ve 1987-ci ilin oktyabrinadek bu vezifeni icra etmishdir. Eyni zamanda o, Sovet Ittifaqi Kommunist Partiyasi Merkezi Komitesinin Siyasi Burosunun uzvu, belelikle , olkenin rehberlerinden biri olmushdur.
Heyder Eliyev 20 il muddetinde SSRI Ali Sovetinin deputati olmush, 5 il ise Ali Sovetin sedr muavini vezifesini icra etmishdir.
Mueyyen siyasi qarshidurmalar ve fikir ayriligi neticesinde 1987-ci ilde Heyder Eliyev istefa vererek Siyasi Buronu ve Nazirler Sovetini terk etmishdir.
1990-ci ilde sovet qoshunlari terefinden Azerbaycan xalqina qarshi mudaxileden sonra Heyder Eliyev toredilmish vehshilikleri pislemish ve bu hadisede gunahi olan butun shexslerin cezalandirilmasini teleb etmishdir.
1991-ci il iyulun 19-da H.Eliyev SSRI Kommunist Partiyasini terk etmishdir. O, bu qerarin esas sebebi kimi 1990-ci ilin yanvar ayinda toredilmish qanli cinayetin gunahkarlarinin cezasiz qalmasini, her iki terefe boyuk ziyan vurmush Ermenistan-Azerbaycan munaqishesinde Merkezin riyakar siyasetini ve Azerbaycanda demokratik azadliqlarin bogulmasini gostermishdir. 
1990-ci ilde Heyder Eliyev Azerbaycan Respublikasinin deputati sechilmish, 1991-1993-cu illerde Naxchivan MR-in Ali Meclisinin sedri olmush, eyni zamanda Azerbaycan Respublikasi Ali Soveti sedrinin muavini vezifesini icra etmishdir.
1993-cu ilin iyun ayinda respublika vetendash muharibesi tehlukesi qarshisinda olarken Azerbaycanda veziyyeti qaydaya salmaq meqsedile Heyder Eliyev resmi shekilde Bakiya devet edilmishdir. 
1993-cu il iyunun 15-de Heyder Eliyev Azerbaycan Ali Sovetinin sedri sechilmish, iyunun 24-den ise Milli Meclisin qerarina esasen prezident selahiyyetlerinin icrasina bashlamishdir. Hemin dovrde o, Azerbaycanin parchalanmasinin ve olkede vetendash muharibesi tehlukesinin aradan qaldirilmasi istiqametinde helledici addimlar atmish ve qisa muddet erzinde cemiyyetde daxili sabitlik ve milli hemreyliyin yaradilmasina nail olmushdur.
1993-cu il oktyabrin 3-de kechirilmish sechkilerde Heyder Eliyev Azerbaycan Respublikasinin prezidenti sechilmishdir.
1998-ci il oktyabrin 11-de kechirilmish sechkilerde Heyder Eliyev novbeti muddet uchun respublika prezidenti sechilmishdir.
Heyder Eliyevin heyat yoldashi - meshhur oftalmoloq, Azerbaycan Elmler Akademiyasinin uzvu, professor Zerife Eziz qizi Eliyeva 1985-ci ilde vefat etmishdir.
Heyder Eliyevin qizi, oglu ve alti nevesi vardir.
Heyder Elirza oglu Eliyec 2003-cu il dekabr ayinin 12-de Amerika Birleshmish Shtatlarinda mualice aldigi Klivlent xestexanasinda dunyasini deyishmishdir. Allah rehmet elesin...


    Müasir müstəqil  AZƏRBAYCAN Respublikası

            Heydar  Əliyevin şah əsəridir

Heydar Əlirza oğlu  Əliyev (10 may 1923-cü il- 12 dekabr 2003 –cü il)
Dünya tarixinin dahi dövlət və siyasi xadimi,Azərbaycanın böyük siyasi
v ə  dövlət xadimi ,Azərbaycan xalqının qurtuluş mübarizəsinin(1990—
1995) qalibi,Yeni Azərbaycan Partiyasının (1992) banisi,müstəqil Azərbaycan dövlətinin qurucusu və Azərbaycan Respublikasının
Prezidenti(1993-2003).
    Heydar Əliyev sovet qoşunlarının 1990-cıilin 20 yanvarında Bakıda
törətdiyiqanlı qırğınla əlaqədar ertəsi gün – yanvarın 21-də  Sovet rejimi-
nin təqiblərinə və səhhətinin ağırlığına baxmayaraq ,Azərbaycanın Moskva-
dakı nümayəndəliyinə gələrək cəsarətli çıxış etdi .O,bəyanatında Azərbaycan
xalqına qarşı silah işlədilməsini qətiyyətlə pislədi,Azərbaycan xalqının
Qurtuluş mübarizəsinin önünə keçdi.
     Heydar Əliyev doğma xalqının milli-siyasi fəlakət burulğanından xilas
etmək üçün 1990-cı ilin iyulunda Azərbaycana qayıtmış, ilkəvvəl Bakıda.
sonra isə Naxçıvanda  Qurtuluş mübarizəsini davam etdirdi,həmin ildə də
Azərbaycan Ali Sovetinə deputat seçildi.1992-ci ildəYeni Azərbaycan
Partiyasnın Naxşıvan şəhərində keçirilən təsis üurultayında partiyanın
sədri seçildi
      Heydar Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü, xüsusilə onun
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışdı-
Ğı illər(1991-1993) muxtar respublikanın siyasi,sosial-iqtisadi,mədəni
Inkişafının çətin dövrüdür.H.Əliyev birinci növbədə Naxçıvanı Erməni-
stanın silahlı təcavüzü və işğalı təhlükəsindən xilas etdi.Bu illərdə H.Əli-
yevin təşəbbüsü ilə muxtar resspublikanın Ali Məclisi onun adından
“sovet sosialist” sözlərinin çıxarılması, Azərbaycan Xalq Cümhuriyyəti-

dövlət bayrağı kimi qəbul olunması haqqında qərarlar qəbul etdi.Blokada
şəraitində olan muxtar respublikanın iqtisadi problemlərinin həllinə ciddi
diqqət yetirirdi.

      Xalqın müstəqilliyi uğrunda dönmədən mübarizə apran Heydar Əliyev
Azərbaycan Ali Sovetinin 1991-ci il 7mart tarixli sesiyasında SSRİ rəhbərliyinin müttəfiq respublikaları guya yeni ittifaq yaratmağa çağıran təklifə qarşı çıxdı, bununla bağlı referendumda iştirak edib –etməmək
məsələsində qətiyyətli mövqeyini belə ifadə etmişdir:”Mən yeni ittifaqa
daxil olmağın və bunun üçün referendum keçirməyin heç bir şərt qoymadan
əleyhinəyəm,Azərbaycan Respublikası iqtisadi və siyasi müstıqillik yolu ilə
getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır.”Heydar Əliyevin
rəhbərliyi altında Naxçıvan Muxtar Respublikasında referendum baykot edildi,rus sovet qoşun hissələri buradan çıxarıldı,20 Yanvar faciəsinə hüquqi
siyasi qiymət verildi,Naxşıvan müstəqillik və milli dövlət quruculuğu
 nümunələri göstərərək xalqn inamını sarsıtmağa qoymamış,ümidlərini sındırmamışdır.
      Heydar Əliyev Naxçıvanda fəaliyyət göstərdiyi müddətdə bütün Azərbaycan xalqı və Vətəni üçün taleyüklü məsələlərdə daim qətiyyətlilik
nümayiş etdirmişdir.:Kommunist Partiyasının Naxçıvanda fəaliyyət göstərən 
bütün strukturları ləğv edilmiş,AzərbaycanSSR Ali Sovetinin 1991-ci il 29
avqust tarixli sesiyasının qərarına əsasən AZərbaycanda həmin il sentyabrın 8-nə təyin edilmiş prezident seçkilərinin Naxçıvan Muxtar Respublikası ərazisində keşirilməsinin dayandırılması(Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il 4 sentyabr qərarı) haqqında qərar çıxarılmışdır.
1993-cw ilin may-iyununda respublikada hakimiyyət böhranı, hərc-mərclik son həddə çatdıqda,ölkə vətəndaş müharibəsi vəmüstəqilliyinin itirilməsi təhlükəsi qarşısında qaldıqda,Azərbaycan xalqı Heydar Əliyevi hakimiyyətə gətiriməsi tələbi ilə ayağa qalxdı.Bu,milli hərkata çevrildi və nəticədə Azərbaycanın o zamankı dövlət başçıları onu rəsmən Bakıya dəvət etməyə məcbur oldular.Heydar Əliyev 1993-cü ilin iyunun 15-də Azərbaycan Ali Məclisinin sədri seçildi.Həmin gün Azərbaycan xalüının tarixinə Qurtuluş günü kimi daxil oldu. Heydar Əliyevin başçılıq etdiyi Qurtuluş mqbarizəsi başa çatdı.Bununla Heydar ƏliyevinAzərbaycana rəhbərliyinin ikinci dövrü başlandı.Azərbaycan
dövlətşiliyinin məhv edilməsi,vətəndaş müharibəsi və ölkənin parçalanması təh-
lükəsi aradan qalxdı. İyunun24-dən isə Heydar Əliyev Milli Məclisinin qərarı ilə
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladi.
        1993-cü il  oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində səs çoxluğu ilə
Azərbaycan Respublikası Prezidenti seçildi.Oktyabrın 10-da andiçmə mərasimində
H,Əliyev xalqa müraciət edərək dedi: “Belə bir yüksək və məsuliyyətli vəzifəni üzərimə götürərkən,birinci növbədə,Azərbaycan xalqının zəkasına,müdrikliyinə,
qüdrətinə güvənirəm,arxalanıram.Azərbaycan xalqının mənə verdiyi ümidlər məni bu vəzifəni üzərimə  götürməyə məcbur edib.Əmin etmək istəyirəm ki,bu ümidləri
doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm.”
        Heydar Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin daxili ictimai-siyasi,sosial-iütisadi,eimi-mədəni həyatında,beynəlxalq əlaqələrində dönüş yarandı ,elmi əsaslara əsalanan müstəqil dövlət quruculuğu başlandı.Azərbaycan
dövlətçiliyinin varlığı üçün böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il
mart dövlət çevrilişləri cəhdlərinin qarşısı alındı.Dövlət müstəqilliyi qorunub saxlanəldı.H.Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə əsas qayəsini müstəqillik,azərbaycançılıq,dövlətçilik,respublikaçiliq, ədalət,demokratiya,hüquqi
dövlət üuruculuğu,milli tərəqqi,dünyəvilik və s.ümummilli,ümumibəşəri dəyərlər
təşkil edən yeni ideologiyanın əsaı qoyuldu.
        1995-ci il iyunun 12-də Milli Məclisinin qərarına əsasında Azərbaycan respublikasının Konstitusiyasını hazırlamaq üçün Prezident H,Əliyevin rəhbərliyi ilə 33 nəfərdən ibarət Konstitusiya Komissiyası təşkil edildi.
H,Əliyevin rəhbərliyi altında respublikanın görkəmli hakimiyyət, hüquqşün-
asları, qanunverici,icra və məhkəmə nümayəndələri cəlb olunmuş bu komissiya
Azərbaycan xalqının milli xüsusiyyətlərini nəzərə almaqla,qabaqcıl demokratik
ölkələrin təcrübəsi əsasında “Azərbaycan Respublikası Konstitusiyası” layihəsini
hazıladı. Layihə 1995-ci il oktyabr ayının 15-də ümumxalq müzakirəsi üçün dərc edildi.”AzərbaycanRespublikasının Konstitusiyası” 1995-ci ilin noyabrın 12-də
referendumda qəbul olundu.Referendumda 4 mln.a yaxın seçici korpusunun 86%
iştirak etdi.  Onların 94,8 %-i Konstitusya layihəsini bəyəndiyini bildirdi.
          Azərbaycan Respublikasının dövlət quruculuğunun hüquqi qanuni əsasları
qoyuldu. Konstitusiya bəyan etdi:Azərbaycan xalqının və dövlətinin ən mühüm
məqsədləri Azərbayca dövlətinin müstəüilliyini,suverəliyini və ərazi bütövlüyünü
qorumaq,Konstitutisiya çərçivəsində demokratik quruluşa təminat vermək,vətən-
daş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq,xalüın iradəsini ifadəsi kimi
qanunların  aliliyini təmin edən hüquqi,dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi
və sosial qaydalara üyğun oiaraq bütün dünya xalqları ilə dostluq,sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməkdir.
       Azərbaycan Respublikası Konstitusiyasının maddələrini ücdə bir hissəsi(158
maddədən 48-i) insan hüquqlarına və onların təminatına həsr edilmişdir.
        Hakimiyyət bölgüsü kosepsiyasına üyğun olaraq Konstitusiya təsbit etdi ki ,
Icra hakimiyyəti Azərbaycan  Respublikası Prezidentinə mənsubdur;qanunverici hakimiyyətiAzərbaycan Respublikasının Milli Məclisi,məhkəmə hakimiyyətini
isə müstəqil məhkəmələr həyata keçirirlər.Azərbaycan Respublikası Prezidentinin
təsisatınım ikili hüquqi təbiəti vardır:Ali icra hakimiyyətinin ona mənsub olması
ilə yanaşı ,o,birinci növbədə, Azərbaycan dövlətinin başçısıdır,Azərbaycan xalqını
bütövlükdə təmsil edir və xalüın vahidliyin təmsil edir.
       Konstitusiya məhkəmələrin müstəqilliyini təmin edən əsas prinsiplər müəyyən
edilmişdi:Hakimlər müstəqildir,onlar yalnız Konstitusiyaya və qanunlara tabedirlər,
səlahiyyətləri müddətində dəyiçilməzdir.
       Azərbaycan Respublikasının Konstitusiyası ölkədə demokratik dövlət və iqtisadiyyat, vətəndaş cəmiyyəti quruculuğuna hüquqi əsas yaratdı.
        Konctitusiyanı daha da demokratikləşdirmək üçün Prezident H.Əliyevin
təşəbbüsü ilə 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyada
39 mühüm dəyişiklik edildi.
.
        1995 və 2000-ci illərdə çoxpartiyalılıq əsaında demokratik parlament seçkilə-
rinin keçirilməsi, Konstitusiya Məhkəsinin fəaliyyətə başlaması ,ölüm cəzasının
ləğv olunması,”Bələdiyyə seçkiləri haqqında qanun”un  qəbulu və əməli surətdə həyata keçirilməsi Məhz Heydar Əliyevin adı ilə bağlıdır.      
Heydar Əliyevin “İnsan və vətədaş hüquq və azadlıqlarının təmin edilməsi”
haqqında 1998-ci il 22 fevral tarixli fərmanı Azərbaycan Respulikasının dünyaya və Avropaya inteqrasiyası prosesinin sürətləndirilməsinə geniş imkanlar açmış,
insan hüquq və azadlıqlarının təmin edilməsini dövlət siyasəti səviyyəsinə qaldır-
mış,1995-ci ildə əfvetmə təsisatı bərpa edilmişdir.Azərbaycan 1996-cı ilin iyunun-
da Avropa Şurasına “xüsusi qonaq” statusu almış, 2001-ci il yanvarın 25-də isə
ona tam hüquqlu üzv olmuşdur.
        Heydar Əliyev hakimiyyətə qayıtdıqdan sonra orduda ciddi islahatlar aparıldı.
Səfərbərliyin,döyüş hazırlığının,qoşun hissələri və şəxsi heyətin təlim tərbiyəsini
təkmilləşməsinə istiqamətlədirilmiş tədbirlər müəyyən edildi.1993 – cü il noyabr- dekabr aylarında 16,7min döyüşçüsü olan 40 ehtiyat taboru təşkil edildi, 1994-cü
ilin sonunda orduda 54.000 nəfər zabit və əsgər var idi.
           Prezident H. Əliyevin fərmanı ilə 1993-cü il 1 noyabrında Dövlə Müdafiə
Şurası yaradıldı və 23 noyabrda “Müdafiə haqqında” qanun qəbul edildi. 1994-cü
Il yanvarın 5-də Azərbaycan ordusu uğurlu əməliyyatlar nəticəsində Füzuli rayon-
un strateji əhəmiyyətli Horadiz qəsəbəsini və 22 kəndi, Cəbrayıl və Kəlbəcər ray-
onların bir hissəsininin düşməndən azad olunmasına nail olundu.BU DÖYÜŞLƏRDƏ Ermənistanın işğalçı ordusu4000 əsgər və szabiti,50 zirehli texnikası ,15 artileriya qurğusu məhv edildi.Milli ordunun formalaşdırılması ,
bütün siyasi və diplomatik vasitələrin işə salınması nəticəsində 1994-cü ilin mayın
12-də Ermənistan –Azərbaycan müharibəsində atəşkəs əldə olundu.Ölkədə hakimiyyət  boşluğu aradan qaldırıldı, siyasi sabitlik yarandı.
         Prezident Heydar Əliyev dövlətin xarici siyasətinə müstəsna əhəmiyyət verirdi.H.Əliyev dövlətin xarici siyasətini xalqın maraqlarını,dünyada baş verən ciddi dəyişiklikləri ,beynəlxalq sistemin sürətlə qloballaşması ilə əlaqədar nəzərə
almaqla qurdu.H.Əliyev 68 ölkənin dövlət və hökümət başçıları ilə görüşlər keçirdi.
Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatların iclaslarında,zirvə toplantılarında
Iştirak edərək Azərbaycanın milli maraqlarını göz bəbyi kimi qorudu.
         1993-cü ilin sentyabrın 24-də Azərbaycan Respublikası  MDB-yə daxil oldu.
Azəbaycan 1993-cü  ilin 20 dekabrında Paris Xartiyasına,1994-cü ilin mayın 14-də
NATO-nun “Sülh naminə tərəfdaşlıq “ proqramına qoşuldu.1997-ci ilin sentyabrın-
da Azərbaycan,Gürcüstan,Ukrayna və Moldova respublikaları QUAM təşkilatını yaratdıdılar.
         Prezident H.Əliyev Ermənistan_-Azərbaycan münaqişəsinin qan tökmədən ,
qırğın və dağıtılara yol vermədən dinc vasitələrlə həll etmək xəttini götürdü.Onun
siyasi və müdrik iradəsi sayəsində ATƏT-in Lissabon sammitində (1996 dekabr)
Azərbaycanın mövqeyini dünyanın 53 dövləti tərəfindən ərazi btövlüyü tanındı.
          Prezident Heydar Əliyevin xarici siyasətinin sülh,beynəlxalq hüquq normalarına, sərhədlərinin bütövlüyünə hörmət və qarşılıqlı faydalı əmədaşlıq prinsipləri təşkil edir və bu gün də Azərbaycan dövlətinin xarici siyasətinin əsas
prinsipləri bunlardır.
          Heydar əliyev azəbaycanın təbii ehtiyatlaından və əlverişli coğrafi-strateji
mövqeyindən ölkənin milli mənafeyinə uyğun olan iri miqyaslı iqtisadi sazişlərin
işlənilib hazılanması və həyata keçirilməsində çox gərgin fəaliyyət göstərirdi.
1994-cü il 20 sentyabrında “Əsrin müqaviləsi” Bakıda bağlandı. Bundan sonra
Xəzərin karbohirogen ehtiyatlarının  işlənməsi ilə əlaqədar yeni-yeni zaşişlərin imzalanması belə müqavlələrin sayını 21-ə,iştirak edən dövlətlərin və iri şirkətlərin
sayının isə müvafiq surətdə 15 və 33-ə çatdırılmasına imkan verdi ki, bu yaxınlarda Azərbaycana qoyulacaq xarici sərmayılırin 60 mld.ABŞ dolları olacağını nəzərdə tuturdu.Bu müqavilələr  çox mühüm siyasi məna kəsb edir və Azərbaycanın bey-
nəlxalqaləmdə rolunu gücləndirən amilə çevrilir. 
        Heydar Əliyevin təşəbbüsü ilə tarixi Böyük İpək Yolunun bərpasına həsr edilmiş konfrans 1998-ci ilin sentyabrında Bakıda keçirilmiş və bu konfransda 32 ölkənin və 14 beynəlxalq təşkilatın nümayəndələri iştirak etmişdir.
         H.Əliyev dahi siyasi və dövlət xadimi olmaqla yanaşı ,həm də tarix,fəlsəfə,
hüquq,ədəbiyyat və incəsənətin gözəl bilicisi,elmin və mədəniyyətin hamisi idi.
Onun biavasitə təşəbbüsü və iştirakı ilə neçə- neçə ədəbiyyat ,incəsənət və elm
xadimlərinin yubileyiləri keçirilmiş,onların yaradıcılğı yüksək dövlət mükafatları
və fəxri adlarla qiymətləndirmiş, abidələri ucaldılmışdır.Azərbaycan mədəniyyəti-
nin inkişafında böyük xidmətləri olanqocaman sənətkarlara,istedadlı gənc şair və yazıçılara,müxtəlif yaradıcılıq sahəsində ümidverici gənclərə fərdi təqaüdlər təyin
edilməsi də mədəniyyətimizin inkişafına Heydar Əliyevin böyük qayğısının bariz
 nümunələrindəndir.
         Azərbaycanda latın əifbasına keçirilməli,dövlət dilinin tətbiqi işinin təkmil-
ləşdirilməsi , Azərbaycan əlifbası və Azərbaycan dili günün təsis edilməsi haqqın-
da 2001-ci ildə izaladığı fərmanlar, milli –mənəvi dəyərlərin qorunub saxlanması
çağırışı ilə Azərbaycan xalqına müraciətləri,türk xalqları və dövlətləri arasında əlifba və dil birliyində təmin edilməsi və digər sahələrdə coşqun fəaliyyəti Heydar
Əliyevə misilsiz şöhrət  gətirmişdir.Zəngin,hərtərəfli və dərin tarixi biliyə malik olan Heydar Əliyev doğma tarixin doğru-düzgün araşdırılmasna,öyrədilməsinə və təbliğ olunmasına böyük qayğı göstərmiş metodoloji göstərişləri və apardığı çox dəyərli ümumiləşdirmə-ləri ilə TARİX  ELMİNİN İNKİŞAFINA güclü təkan vermişdir.
          Heydar Əliyevin qurduğu müasir AZƏRBAYCAN  RESPUBLİKASI
Indi möhkəm əllərdədir.Onun layiqli davamçısı Azərbaycan Respublikasının
Prezidenti İLHAM  ƏLİYEVİN başçılığı ilə Vətənimiz Azərbaycan inamla
irəliləyir.Müasir Azərbaycan indi güclü,dinamik  inkişaf edən,modern ,dünya
iqtisadiyyatına inteqrasiya olunan qüdrətli  dövlətdir.




V sinif Mövzu: Müstəqil dövlətin qurucusu Kurikulum əsaslı interaktiv açıq dərs