4 Temmuz 2014 Cuma

Mənim məktəbim: UDULU HAQQINDA

            Udulu və udululular haqqında
 Udulu Azərbaycanın qədim tarixi-mədəni bölgələrindən biridir. Udulu ilkin orta əsrlərlərdə(3-cü—7ciəsrlərdə) dövründə Albaniya (Şimali Azərbaycan)döv-
Lətinin Paytakaran vilayətinin Rotibaqa mahalına daxil idi. Sonralar , müstəqil feodal dövləti Şirvanşahlar (861-1538-ci illər) dövlətini tərkibində olmuşdur.
1538-ci ildə Şirvanşahlar dövləti vahid Azərbaycan Səfəvilər dövlətinə birləşdirildikdə bu dövlətin tərkibinə daxil edilmişdi.18-ci əsrin ortalalarında xanlıqlar  yaranan zaman Şamaxı xanlığının tərkibində idi. Azərbaycan 19-cu əsrin əvvəllərində Rusiya və İranarazında bölüşdülərkən Şimalı Azərbaycan təkibində Rusiyaya qatılmışdır. Hal-hazırda Udulu Hacıqabul rayonunun tərkibindədir. Udulu Bakı şəhərndən 130 km. Cənub-qərbdə, Hacıqabul rayonunun şimalında, Hacıqabul şəhərindən şimalı-qərbdə yerləşir. Udulunun şimalı-qərbindın cənub-şərqinə doğru uzanan Ləngəbiz dağ silsiləsi, simal hissəsindən uzanan Ələt tirəsi  ilə əhatə olunmuşdur. Bu iki dağların arasında vahədə, Pirsaatçayın aşağı axarılarının hər iki sahilində əlverişli təbii-coğrafi mövqedə yerləşir.Geolojiyaşı Neogen və Antropagen (21 milyonil və 1,8-2milyon il bndan əvvəl) dövrlərinə aiddir. Faydalı qazıntıları: neft,qaz, mişar daşı, qum, çınqıl,əhəngdaşı,gəc. Təsərrüfatı:əkinçilik, xüsulə taxılşılıq, bağçılıq,narçılıq,üzümçülük; heyvandarlıq.Uduluda dəvə də bəslənilir. Udulu ərazisinin təbii-coğrafi şərahiti, mülayim iqlimi, bitki örtüyü, heyvanlar aləmi insanların burada qədim zamanlardan məskən salması üçün şərait yaradırdı.Hələ insanlar Tunc dövründə(bizim eradan əvvəl 4-cü min illiyin 2-ci yarısı—b.e.ə.2-ci minilliyin sonu) dağətəyi və dağlıq zonalarda məskən salmışlar.Yaşayış məskənləri həmişə suya yaxın yerlərdə ,çox vaxt çay kənarında ,düşməndən qorunmaq üçün əlverişli yerlərdə salınırdı.Belə əlverişli yer güngörməz dağı olmuşdur. Bura həm müdafiə olunmaq, həm də Pirsaatçayın la p yaxılıqda axmasna görə insanlar üçün tam əlverişli idi. Bunu “Güngörməz”dağında və onun yaxınlığndakı qədim qəbirstanlıqda aparımış arxeoloji qazıntılar da təsdiq edir. Burada siklopik (təpəgöz) tikililər aşkar edilmişdir.“Güngörməz” dağındakı siklopik tikililər(Son Tunc dğvrü e.ə.2-ci minillin 2-ci yarısına aiddir—Z.Ə.)bunu deməyə əsas verir ki, İnsanlar Udulu bölgəsindəHətta  Tunc dövrünün sonlarında—e.ə. 2-ci minilliyin ortalarında məskən salmışlar.Deməli, Udulu ərazisi hələ qədim zamanlardan insanların məskəni olmuşdur. Biz udululular Azərbaycan Milli Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutundan xahiş edirik ki, Udulunun qədim tarixini dərindən və ətrafli öyrənmək üçün fundamental arxeoloji tədqiqatlar aparsın. Udululular qədim türk dilli tayfalarından biri olmuşdur. Tarixçi Fəzlillah Rəşidəddin(1247-1318) özünün “Came Ət-Təvarix” əsərində udi,uduit tayfaları
haqqında məlumat verir.Türk dilli Udulu tayfaları Cənubi Azərbaycanda Şahsevən türk tayfa birliyinə daxil idi. Bu tayfaların bir hissəsi hələ 1-ci şah Abbasın vaxtında(1589-1625); digər hissəsi isə Azərbaycanın Rusiya və İran arasında bölüşdürülməsindən(1813-1828)sonra şimali köçmüş və indiki Hacıqabul və Şabran rayonlarında Udulu adlı kəndləri yaranmışdır.Hal-hazırda Cənubi Azərbaycanın Qaradağ mahalında İran-Azərbaycan sərhəddi yaxılığında Udulu kəndi vardır.
      Udululular mübariz, mərd, fədakar,zəhmətkeş, mömin, istiqanlı, qonaqsevər,şən və həyatsevər TÜRK TAYFASIDIR. Udululular Vətənini, Dövlətini,Yurdunu, Xalqını, DİNİNİ sevərək DÖVLƏTƏ,DÖVLƏTÇİLİYƏ və DÖVLƏTÇİLİK ƏNƏNƏLƏRNƏ SADİQDİRLƏR.
                           Hacıqabul rayonu  Udulu kənd tam orta məktəbinin tarix müəllimi                    ZAKİR ƏLİYEV. 







Hiç yorum yok:

Yorum Gönder